Tramp: "İran zərbələrdən sonra danışıq istəyir"

Tramp: "İran zərbələrdən sonra danışıq istəyir"
01.03.2026 23:17 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Amerika qüvvələrinin zərbələrindən sonra danışıqları bərpa etməyi təklif edib və o, bu təklifi qəbul edib.

TodayPress TV xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "The Atlantic" nəşrinə açıqlamasında bildirib.

Trampın sözlərinə görə, Tehran daha əvvəl kompromisə getməli idi, lakin qərar verməkdə gecikib.

“Onlar danışmaq istəyirlər və mən də razılaşdım. Ona görə də onlarla danışacağam. Bunu vaxtında etməli idilər. Çox uzun müddət gözlədilər”, – deyə ABŞ Prezidenti bildirib.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər