Tramp: “İran böyük səhvlər edir, qələbə əlimizdədir”
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə üçüncü aviadaşıyıcının göndərildiyini açıqlayıb.
TodayPress TV “C14 News”un “X” kanalına istinadən xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodan amerikalı hərbçilərə Şükran Günü münasibətilə müraciəti zamanı bildirib.
“Güclənirik. Oraya əlavə bir aviadaşıyıcı göndərdik. Tam təchiz olunmuşuq. Qələbə bizim əlimizdədir”, – deyə Tramp qeyd edib.
Həmçinin İranın “böyük səhvlər” etdiyini vurğulayaraq xəbərdarlıq edib.
Bölgədə mövcudluğu daha əvvəl təsdiqlənmiş iki aviadaşıyıcı “USS Theodore Roosevelt” və “USS George H.W. Bush”dur. ABŞ-nin Yaxın Şərqdəki birləşmiş hərbi dəniz qüvvələri 20 mindən çox dənizçi və dəniz piyadasından ibarətdir.
Zəhra Məmmədova