TNI: Ceyms Bonda Rusiya istehsalı silah uyğun deyil

Dünya

28.01.2026 19:20

Amerikanın "The National Interest" (TNI) jurnalının müəllifi Piter Suçiu bildirib ki, Ceyms Bond obrazı üçün Rusiya istehsalı "PPK-20" tapança-pulemyotu uyğun silah deyil.

TodayPress TV xəbər verir ki, müəllifin sözlərinə görə, Bond bu silahdan əsasən iri ölçülərinə görə istifadə etməzdi.

Suçiu qeyd edib ki, "PPK-20" “Vityaz-SN” modeli əsasında hazırlanıb və daha çox real döyüş şəraiti üçün nəzərdə tutulub.

“Bu silah Ceyms Bond kimi geyinən casusa yox, xüsusi təyinatlı döyüşçüyə uyğundur. Üstəlik, onun Bondu məşhur edən "Walther PPK" ilə heç bir oxşarlığı yoxdur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ceyms Bondla bağlı müxtəlif maraqlı xəbərlər, o cümlədən filmlərdə istifadə olunan geyimlərin hərracda satılması və yeni musiqi layihələri ilə bağlı məlumatlar da yayılmışdı.

Qiymət Mahir

tag: Ceyms Bond ,PPK-20,Film,Hərrac,Todaypress.tv,