Tbilisi meri Əbu-Dabidən çıxa bilmir

Tbilisi meri Əbu-Dabidən çıxa bilmir
02.03.2026 13:16 Dünya

Gürcüstanın paytaxtı Tbilisi meri Kaxa Kaladzenin BƏƏ-nin paytaxtı Əbu-Dabidən çıxa bilmir.

TodayPress TV xəbər verir ki, bu barədə Tbilisi Şəhər Meriyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Kaladze 28 fevral və 1 mart Əbu-Dabidə olub və mövcud vəziyyətə görə Gürcüstana qayıda bilmir.

Daha əvvəl mediada merin həyat yoldaşı ilə birlikdə ad gününü qeyd etmək üçün səfərə çıxdığı bildirilmişdi. Səfər Yaxın Şərqdə gərginliyin artması və bəzi ölkələrin hava məkanlarını bağlaması ilə üst-üstə düşüb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyatlara başlayıblar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər