Tayland vəhşi fillər üçün ilk dəfə kontraseptiv vaksin tətbiq olundu

Dünya

28.01.2026 19:00

Taylandda vəhşi fillərin sayına nəzarət məqsədilə ilk dəfə kontraseptiv vaksin istifadə edilib. Preparat anesteziyasız şəkildə dart oxları ilə üç dişi filə vurulub.

TodayPress TV xəbər verir ki, "Bangkok Post" nəşrinin məlumatına görə, peyvəndləmə Tailandın Trat vilayətində aparılıb.

Ölkənin Milli Parklar Departamenti yanında Vəhşi Təbiətin Mühafizəsi İdarəsinin direktoru Suxi Bunsanq bildirib ki, tədbir vəhşi fillərin sayının sürətlə artmasının qarşısını almağa yönəlib. Şərq bölgələrində fillərin sayı ildə təxminən 8% artır ki, bu da digər ərazilərlə müqayisədə təxminən üç dəfə yüksəkdir.

Qeyd olunur ki, nəzarətsiz artım insan–heyvan qarşıdurmalarını gücləndirə bilər. 2012-ci ildən bu cür toqquşmalar nəticəsində ölkədə təxminən 200 nəfər və 100-dən çox fil həlak olub. İstifadə olunan "SpayVac" vaksini 7 ilədək kontraseptiv təsir göstərir, heyvanların davranışına və fiziki vəziyyətinə təsir etmir, yalnız hamiləliyin qarşısını alır. Preparat daha əvvəl ölkənin şimalında əsirlikdə saxlanılan yeddi fil üzərində sınaqdan keçirilib və yan təsirlər qeydə alınmayıb.

Baytarlar bildiriblər ki, prosedurdan sonra fillər normal həyat tərzini davam etdirir. Onların vəziyyəti hər 6 ayda qan analizləri ilə izlənəcək. Mayda yağış mövsümünə qədər digər sürülərdə daha 15 doza tətbiq olunması planlaşdırılır. Rəsmi məlumatlara görə, Taylandda vəhşi fillərin sayı 2015-ci ildə 334-dən, 2024-cü ildə isə təxminən 800-ə yüksəlib. Bununla belə, ölkənin milli simvolu sayılan Asiya filləri hələ də nəsli təhlükə altında olan növlər siyahısındadır.

Qiymət Mahir

tag: Vaksin,Maraqlı,Heyvan,İnsan,Todaypress.tv,