Taqanroqda PUA hücumu - Ölən var

Taqanroqda PUA hücumu - Ölən var
30.03.2026 05:11 Dünya

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu ölümə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi vilayət qubernatoru Yuri Slyusara istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Qubernator bildirib ki, PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlər fəaliyyət göstərir, yanğınlar və dağıntılar qeydə alınıb, sakinlər təxliyə edilib.

Onun sözlərinə görə, Taqanroqda hava hücumunun qarşısının alınması istiqamətində əməliyyatlar davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər