Tanker Hörmüz boğazında hücuma məruz qaldı – Gəmidə yanğın

Tanker Hörmüz boğazında hücuma məruz qaldı – Gəmidə yanğın
02.10.2026 08:16 Dünya

Hörmüz boğazından keçən neft tankeri hücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, Avropa mediasının Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən yaydığı məlumata görə, hadisə 1 oktyabr axşam saatlarında baş verib.

Hücumdan sonra tankerdə yanğın baş verdiyi bildirilir. Hadisənin digər detalları, o cümlədən hücumun kim tərəfindən törədildiyi açıqlanmayıb.

Hazırda tankerdən neft sızmasının baş verib-vermədiyi də məlum deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər