Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – Siyahıda “kölgə donanması” da var

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – Siyahıda “kölgə donanması” da var
02.10.2026 08:31 Dünya

Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumət mənbələrinə istinadən yazıb.

Tokio Avropa İttifaqının son dövrlərdə Rusiyaya qarşı sərtləşdirdiyi sanksiya siyasətini izləyə bilər.

Müzakirə olunan tədbirlər arasında Rusiyanın “kölgə donanması”na daxil olan gəmilərə məhdudiyyətlərin tətbiqi, ixrac məhdudiyyətlərinin genişləndirilməsi və ixraca nəzarətin sərtləşdirilməsi yer alır.

Qəzetin məlumatına görə, yeni sanksiyalar məsələsi Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının cənub hissəsində yerləşən İturup adasına səfəri ilə də əlaqələndirilir. Səfər Yaponiya hökumətinin narazılığına səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər