Kiyevdə körpülər bağlandı: Zərbələrdən sonra hərəkət məhdudlaşdırıldı - VİDEO
Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında körpülərdən birinə zərbə endirildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, şəhər meri Vitali Kliçkonun sözlərinə görə, Cənub körpüsü gecə yenidən zərbəyə məruz qalıb.
Oktyabrın 2-si səhər saatlarından etibarən körpü nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bundan başqa, Paton körpüsündə hər iki istiqamətdə, Metro körpüsündə isə sağ sahilə doğru hərəkət məhdudlaşdırılıb. Bu körpülərə zərbə endirilməsi barədə rəsmi məlumat verilməyib.
Rusiya Müdafiə Nazirliyi isə gecə Kiyevdə Dnepr çayı üzərində yerləşən avtomobil-dəmir yolu körpüsünün vurulduğunu açıqlayıb. Nazirlik körpüdən Donbasdakı Rusiya-Ukrayna müharibəsi cəbhəsinə yük daşındığını iddia edib.
Türkan İsgəndərli