Tramp Polşada ABŞ hərbi bazası yerləşdirəcək
ABŞ Prezidenti Donald Tramp Polşada daimi Amerika hərbi bazasının yaradılması məsələsi ilə bağlı qərar verildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, TASS-ın məlumatına görə, Tramp Ağ Evin Cənub Çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən Polşada yeni hərbi bazanın yaradılması ehtimalından danışıb.
“Biz buna baxırıq və bu, edilə bilər. Baza yaratmaq qərarını verib-vermədiyimi bilmirsiniz. Bəlkə də vermişəm”, - deyə Tramp bildirib.
Polşa Prezidenti Karol Navrotski daha əvvəl ölkədə daimi ABŞ hərbi bazası yaradılacağı təqdirdə onun “Fort Tramp” adlandırıla biləcəyini söyləyib. O, tikintinin Trampın prezidentlik müddəti başa çatana qədər, yəni 2029-cu ilə qədər yekunlaşacağına ümid etdiyini bildirib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski isə bazaya Trampın adının verilməsini tənqid edib. O qeyd edib ki, layihənin həyata keçirilməsi üçün ABŞ Konqresinin təsdiqlədiyi maliyyələşmə tələb olunacaq.
Türkan İsgəndərli