“Tarixin ən yaxşı 4 oyunçusundan biridir!” - Çilili ulduzdan Ronaldu haqqında iddialı sözlər
“Barselona”nın keçmiş yarımmüdafiəçisi Arturo Vidal portuqaliyalı hücumçu Kriştianu Ronaldu ətrafında yaşanan skandal barədə fikirlərini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Madrid Xtra” sosial şəbəkədə məlumat yayıb.
“Kriştianu Portuqaliyanı beynəlxalq səviyyədə dünyanın ən güclü komandaları sırasına çıxaran şəxsdir. O, futbolu və Portuqaliyanı tamamilə fərqli bir səviyyəyə qaldırdı. Mən onu tam şəkildə dəstəkləyirəm. O, futbol tarixinin ən yaxşı dörd oyunçusundan biridir. Ona qarşı edilənlər isə tam hörmətsizlikdir”, - deyə Vidal bildirib.
Xatırladaq ki, UEFA Millətlər Liqasının Kopenhagendə Danimarkaya qarşı keçirilən oyunundan öncə Ronaldu baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib. Hətta təcrübəli hücumçunun milli komandadakı karyerasını başa vurduğu bildirilirdi.
Namiq HUN