Rusiyada gecə hücumu: Neft obyektləri vuruldu, yanğın baş verdi - VİDEO
Oktyabrın 2-nə keçən gecə Rusiyanın Volqoqrad və Samara şəhərlərinə dron hücumu edilib.
TodayPress TV xəbər verir ki, Volqoqradda gecə saatlarında bir neçə partlayış səsi eşidilib.
Ardınca sənaye zonasında yanğın baş verib. "OSINT" analitikləri dronların “Lukoil” şirkətinin neft emalı zavodunu hədəf almış ola biləcəyini bildiriblər.
Volqoqrad vilayətinin qubernatoru hücumu təsdiqləyib. Onun sözlərinə görə, bir yaşayış binasında yanğın baş verib və bir nəfər yaralanıb. Hücumun sənaye obyektlərinə yönəldiyi bildirilib.
Samarada da gecə saatlarında partlayış səsləri eşidilib. Monitorinq kanalları şəhərdə neft kəmərləri ilə bağlı infrastruktur obyektində yanğın baş verdiyini yazıb.
Samara şəhərindəki obyektin zədələnməsi ilə bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Hadisələrin fonunda Rusiyanın bir sıra bölgələrində hava hücumu xəbərdarlıqları verilib.
Türkan İsgəndərli