Kəbədə terrorçu özünü partlatmağa cəhd edib
Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müsəlmanların ən müqəddəs məkanı olan Kəbədə intiharçı hücumunun qarşısı alınıb.
TodayPress TV-nin məlumatına görə, intiharçı Kəbənin daxilində özünü partlatmağa cəhd göstərib. Lakin üzərindəki partlayıcı qurğu işə düşməyib və şəxs saxlanılıb.
Hadisə nəticəsində partlayış baş verməyib. Hücum cəhdinin motivi və saxlanılan şəxsin kimliyi barədə əlavə məlumat verilməyib.