Tarixin ən bahalı forması! - Cordan öz rekordunu təzələdi

Tarixin ən bahalı forması! - Cordan öz rekordunu təzələdi
02.10.2026 14:33 İdman

Maykl Cordanın NBA finalındakı forması rekord məbləğə - 12+ milyon dollara satılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Joopiter” hərrac evi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlarda keçirilən hərracda Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi Maykl Cordanın 1998-ci il finalında geyindiyi forması rekord sayılan 12.26 milyon dollara satılıb.

Liqa üçün rekord təşkil edən bu məbləğə Cordanın “Yuta Caz”a qarşı keçirilən və “Çikaqo Bulls”un 96:54 hesablı qələbəsi ilə başa çatan final seriyasının üçüncü oyunundakı forması sahibini tapıb.

Maykl həmin qarşılaşmada 24 xal toplayıb, 3 ribaund, 2 məhsuldar ötürmə, 1 blok-şot və 1 top ələkeçirmə ilə yaddaqalan çıxış edib.

Beləliklə, Cordan özünə məxsus rekordu təzələyib - bundan əvvəl onun finalın ilk oyunundakı forması hərracda 10.1 milyon dollara satılmışdı.

Xatırladaq ki, yekun hesabı 4-2 olan final seriyasının nəticələrinə əsasən Cordan “Çikaqo Bulls” ilə altıncı və sonuncu çempionluğunu qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər