Tailand pilotsuz təyyarələri qadağan etdi

Tailand pilotsuz təyyarələri qadağan etdi
30.07.2025 14:30 Dünya

Tailand hakimiyyəti Kamboca ilə sərhədə yaxın yerləşən 14 əyalətdə pilotsuz uçuş aparatlarının istifadəsinə qadağa qoyub. 

TodayPress TV xəbər verir ki, bu barədə Tailand hökumətinin mətbuat xidməti məlumat yayıb. 

“Tailand Kamboca ilə sərhəddəki gərginlik fonunda yüksək riskli 14 əyalətdə pilotsuz təyyarələrin istifadəsini qadağan edib: Chanthaburi, Trat, Buriram, Surin, Nakhon Ratchasima, Prachin Buri, Sa Kaeo, Lopburi, Sisaket, Ubon Ratchathani, Nakhon Sawanet, Phhainchain və Chain”, - deyə məlumatda bildirilib. 

Qadağanın pozulanların bir ilədək həbs cəzası və ya 1235 dollar cərimə ilə cəzalandırılacağı vurğulanır. 

Aysel Mətləb

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər