Sunami təhlükəsinə görə 2,7 minə yaxın insan təxliyə edildi

Sunami təhlükəsinə görə 2,7 minə yaxın insan təxliyə edildi
30.07.2025 11:39 Dünya

Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında baş verən güclü zəlzələdən sonra yaranan sunami təhlükəsi səbəbindən Kuril adalarında 2 700-ə yaxın insan təhlükəsiz ərazilərə təxliyə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi operativ xidmətlərə istinadla məlumat yayıb.

“Sunami təhlükəsi ilə əlaqədar Kuril adalarından təhlükəsiz bölgələrə təxminən 2 700 nəfər, o cümlədən 600-ə yaxın uşaq təxliyə edilib”, - deyə agentliyin mənbəsi bildirib.

Hazırda ərazidə vəziyyət nəzarət altındadır. Yerli hakimiyyət orqanları və fövqəladə xidmətlər əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirləri davam etdirir.

Töhfə Səməd 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər