Sülh masasının ünvanı dəyişir: Rusiya Cenevrəni rədd etdi
Rusiya İsveçrəni sülh danışıqlarının keçirilməsi üçün platforma kimi nəzərdən keçirmir.
TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, İsveçrənin ənənəvi neytrallığından çox az şey qalıb. Qruşko Cenevrənin artıq konsensus ruhunu simvolizə edən neytral platforma kimi qəbul edilə bilməyəcəyini deyib.
Rusiya rəsmisi İsveçrə hakimiyyətinin hazırkı siyasətinin ölkəni birbaşa olmasa da, NATO ilə əlaqəli üzvə çevirdiyini iddia edib.
Kübra Musayeva