Pezeşkian Xamenei ilə bağlı söz-söhbətlərə son qoydu: “Şükürlər olsun ki…”

Pezeşkian Xamenei ilə bağlı söz-söhbətlərə son qoydu: “Şükürlər olsun ki…”
14.09.2026 23:49 Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Dini Lideri Ayətullah Əli Xameneinin səhhəti və harada olması ilə bağlı yayılan iddialara münasibət bildirib.

TodayPress TV bu barədə İran mediasına istinadla xəbər verir.

Pezeşkian qeyd edib ki, Xamenei sağdır və əvvəlki kimi öz vəzifələrini yerinə yetirir.

“Şükürlər olsun ki, Ali Dini Liderimiz sağdır və əvvəlki kimi öz vəzifələrini yerinə yetirir. Onlar Ali Liderimizin dəqiq harada olduğunu müəyyən edə bilmədikləri üçün onunla bağlı spekulyasiyalar yayırlar”, – deyə Pezeşkian bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 SENTYABR 2026
Bütün Xəbərlər