8 həftəlik fasilə ölkəni silkələdi: Yanacaq 2,5 avroya çatdı

8 həftəlik fasilə ölkəni silkələdi: Yanacaq 2,5 avroya çatdı
14.09.2026 23:31 Dünya

Finlandiyanın yeganə neft emalı zavodu 8 həftəlik fəaliyyətini dayandırıb, yanacağın qiyməti isə 2,5 avroya qədər yüksəlib.

TodayPress TV xəbər verir ki, Finlandiyanın Porvoo şəhərində yerləşən “Neste” neft emalı zavodunda 400 milyon avro dəyərində planlı modernizasiya işlərinə başlanılıb. Zavodun fəaliyyəti oktyabrın sonunadək dayandırılacaq. Bununla belə, yanacağın paylanması üçün terminal fəaliyyətini davam etdirir.

Mütəxəssislər hesab edirlər ki, Finlandiya müvəqqəti olaraq yerli istehsalın olmamasını idxal hesabına kompensasiya edə bilər. Lakin zavodun dayanması yanacağın qiymətinin kəskin artdığı dövrə təsadüf edib. Dizelin litri 2,5 avroya qədər bahalaşıb.

Yanacaq qiymətlərindəki artım ölkə iqtisadiyyatına da mənfi təsir göstərir. Nəqliyyat şirkətləri isə qiymətlərin sabitləşdirilməsi üçün hökumətdən tədbir görülməsini tələb edirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 SENTYABR 2026
Bütün Xəbərlər