Zaur Həşimov: "Şəfa" öz oyunu ilə Azərbaycan çempionatına xüsusi rəng qatıb"

Zaur Həşimov: "Şəfa" öz oyunu ilə Azərbaycan çempionatına xüsusi rəng qatıb"
15.09.2026 00:00 İdman

"Şəfa" öz oyunu ilə Azərbaycan çempionatına xüsusi rəng qatıb.

TodayPress TV xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının V turunda "Sabah"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Düşünürəm ki, baxımlı oyun oldu və azarkeşlər matçdan həzz ala bildilər. Qol buraxanadək komandamın oyunundan razı idim. Əlbəttə, rəqibin də gücünü nəzərə almaq lazımdır. Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Söhbət 3-4 gün əvvəl Mançesterdə matça çıxmış bir kollektivdən gedir. Buna baxmayaraq, onlara qarşı layiqincə mübarizə apardığımızı düşünürəm. Yalnız buraxdığımız qollar məni narahat edir. Ümumilikdə isə futbolçulardan narazı qalmadım, hətta razı da qaldım. Düşünürəm ki, "Şəfa" öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib. Gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyimizə inanıram".

Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması "bayquşlar"ın 3:0 hesablı qələbəsi ilə bitib.

XƏBƏR LENTİ
15 SENTYABR 2026
Bütün Xəbərlər