Cüdoçularımız Olimpiya Təlim Düşərgəsinə qatıldılar
Cüdo üzrə Azərbaycan millisinin üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.
Azərbaycan Cüdo Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə idmançılarımız müxtəlif ölkələrin tatami ustaları ilə birgə məşqlər keçirlər.
Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.