Səudiyyə TƏCİLİ kömək istədi: Britaniya hərbçiləri yola düşür

Səudiyyə TƏCİLİ kömək istədi: Britaniya hərbçiləri yola düşür
14.09.2026 21:58 Dünya

Səudiyyə Ərəbistanı husilərlə mübarizədə Britaniyadan hərbi dəstək istəyib.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Britaniyanın baş naziri Endi Börnham Səudiyyə Ərəbistanının hərbi yardım tələblərini nəzərdən keçirir. Ər-Riyad Britaniyadan neft infrastrukturlarının qorunmasına və husilərin Bab əl-Məndəb boğazı istiqamətində irəliləməsinin qarşısının alınmasına kömək göstərilməsini istəyib.

Börnham artıq Səudiyyə Ərəbistanına britaniyalı hərbi məsləhətçilərin göndərilməsinə razılıq verib. Lakin Ər-Riyadın digər tələblərinin qəbul edilib-edilməyəcəyi hələlik məlum deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər