ABŞ husilərlə birbaşa təmas saxlayır - Vens
ABŞ administrasiyası husilərin Bab əl-Məndəb boğazındakı strateji Perim adasını nəzarətə götürdükdən sonra bu hərəkatla birbaşa təmaslar saxlayır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz BƏƏ, Səudiyyə Ərəbistanı və regiondakı digər maraqlı tərəflərlə daimi təmasdayıq. ABŞ administrasiyası bu məsələyə xüsusi diqqət yetirir. Biz həmçinin husilərin özləri ilə də birbaşa dialoqu saxlayırıq. Buna görə də biz həqiqətən hesab edirik ki, vəziyyət çox sürətlə və dinamik inkişaf etsə də, onu nəzarətdə saxlayırıq. Biz bundan sonra da hadisələrin inkişafını izləmək niyyətindəyik", - deyə o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Yəmən hökumət qüvvələri Perimi tərk edib, husilər isə Qırmızı dəniz sahilində, bu adanın qarşısında yerləşən Zubab şəhərini tutublar.
Aysel Mətləb