Hörmüzdən qaçış yolu da vuruldu - “B” planı çökdü

    Hörmüzdən qaçış yolu da vuruldu - “B” planı çökdü
14.09.2026 21:40 Dünya

Səudiyyə Ərəbistanında neft kəmərinin iki nasos stansiyası sentyabrın 10-da PUA hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, peyk görüntülərinə əsasən, stansiyalardan birində 12 hektar ərazini əhatə edən yanıq izi və səhraya neft sızması qeydə alınıb. Digər hədəf isə 2019-cu ildə də hücuma məruz qalan 9 nömrəli nasos stansiyası olub. Burada xam neftin nəqli üçün istifadə olunan əsas nasos qurğularının zədələndiyi bildirilir.

Sözügedən neft kəmərinin sutkada 4-5 milyon barel neft ötürmək gücünə malik olduğu və Səudiyyə Ərəbistanına nefti Hörmüz boğazından yan keçməklə ixrac etmək imkanı verdiyi qeyd olunur.

Təmir müddəti ilə bağlı müxtəlif qiymətləndirmələr var. Kəmərin fəaliyyətinin qismən bir neçə gün ərzində bərpa edilə biləcəyi, tam gücə çatmasının isə 6-8 həftə çəkə biləcəyi bildirilir.

ABŞ-nin energetika naziri kəmərin “tezliklə yenidən fəaliyyətə başlayacağını” açıqlasa da, sentyabrın 14-nə olan məlumata görə, kəmər hələ də işləmir.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər