Muzeydə zaman dayandı, kolleksiya saatları OĞURLANDI
Bir neçə nəfər İsveçrənin "Ulysse Nardin" saat şirkətinin Le-Lokl şəhərindəki xüsusi muzeyinə daxil olaraq bir sıra kolleksiya saatlarını oğurlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə polisin bəyanatında deyilib.
Məlumata görə, cinayətkarlar vitrinləri sındıraraq oradakı kolleksiya eksponatlarını aparıblar. Dəymiş ziyanın həcmi hələlik müəyyən edilməyib, oğurlanan əşyaların inventarizasiyası davam edir.
Qeyd olunur ki, həyəcan siqnalı işə düşdükdən sonra mühafizəçilər hadisə yerinə gəlsələr də, daxilolma yeri dərhal aşkar edilməyib və oğurluq yalnız təxminən bir saat sonra müəyyən olunub. Polis cinayətkarların qaçmağa müvəffəq olduğunu bildirib. Hazırda cinayət işi üzrə təhqiqat aparılır.
Aysel Mətləb