ABŞ İrana qarşı “ov”a başladı - "Mükafat ala bilərsiniz!"

ABŞ İrana qarşı “ov”a başladı - "Mükafat ala bilərsiniz!"
14.09.2026 22:23 Dünya

ABŞ Maliyyə Nazirliyi İran rejiminin və onun havadarlarının bütün maliyyə dayaqlarını kəsmək üçün "İqtisadi kənarlaşdırma" ("Operation Economic Outcast") əməliyyatına başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent məlumat yayıb.

Nazir, insanları İrana sanksiyalardan yayınmağa yardım edənlər haqqında məlumat təqdim etməyə çağırıb:

"Bu, sizin şansınızdır. Harada yaşamağınızdan və ya maaşınızı kimin ödəməsindən asılı olmayaraq, Maliyyə Nazirliyi üçün yararlı məlumatınız varsa, mükafat ala bilərsiniz. Əgər bir şey görürsünüzsə, xəbər verin".

Aysel Mətləb

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər