Neft, qızıl, internet geridə qalır: Dünyanın yeni sərvəti
ABŞ Prezidenti Donald Tramp süni intellektin gələcək iqtisadi potensialını yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, Tramp süni intellekt və məlumat mərkəzlərinin tarixdə ən böyük iqtisadi inkişaf vasitəsinə çevriləcəyini bildirib.
Onun sözlərinə görə, biznes tarixində heç vaxt bütöv bir sənayenin liderləri özlərini sərt şəkildə tətbiq ediləcəyi təqdirdə iflasa sürükləyə biləcək tənzimləmələrə çağırmayıb. Tramp süni intellektin dünyanı ələ keçirəcəyi və bəşəriyyəti məhv edəcəyi ilə bağlı fikirləri də “dələduzluq” adlandırıb.
Tramp Çin lideri Si Cinpin də Pekinin süni intellektin inkişafına mane olmayacağını açıqladığını xatırladıb. O, həmçinin “Google” şirkətinin Finlandiyada böyük zavod tikmək planına toxunaraq, bunun ABŞ-də icazələrin alınması ilə bağlı çətinliklərlə əlaqəli olduğunu bildirib.
ABŞ Prezidenti süni intellekt və məlumat mərkəzlərinin neft, qızıl, almaz və hətta internetdən daha böyük iqtisadi inkişaf mənbəyinə çevriləcəyini vurğulayıb.
Tramp bildirib ki, onun prezidentliyi dövründə “dağıdıcı qüvvələrin” bu inkişafın qarşısını almasına imkan verilməyəcək.
Kübra Musayeva