Səma külə büründü - Etnadan 4 kilometrlik püskürmə

Səma külə büründü - Etnadan 4 kilometrlik püskürmə
15.09.2026 05:20 Dünya

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı 4 kilometr hündürlüyə kül püskürüb.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) aviasiya bildirişində məlumat verilib.

Bildirilib ki, vulkanın püskürtdüyü kül buludu cənuba – Kataniya hava limanı istiqamətinə hərəkət edir.

Hava limanı üçün VONA beynəlxalq aviasiya təhlükəsizliyi təsnifatına əsasən qırmızı – ən yüksək təhlükə səviyyəsi elan edilib.

Qeyd edək ki, avqustun 8-də Siciliyada Etna vulkanının püskürməsi başlayıb. Vulkanın aktivləşməsi Voracine kraterindən lava axınının müşahidə olunması ilə müşayiət edilib.

Püskürmədən sonra bəzi turistlərin vulkanın yamaclarında lava axınlarına yaxınlaşmağa çalışdığı bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 SENTYABR 2026
Bütün Xəbərlər