“Dünyanı məhv edəcək deyənlər…” - Tramp
ABŞ Prezidenti Donald Tramp süni intellektin yaratdığı təhlükələrlə bağlı xəbərdarlıqları “yeni fırıldaq” adlandırıb.
TodayPress TV xəbər verir ki, Tramp süni intellektin dünyanı məhv edəcəyini və məlumat mərkəzlərinin yaşayış məntəqələri üçün zərərli olduğunu deyən şəxsləri tənqid edib.
Onun sözlərinə görə, həmin şəxslər daha əvvəl də iqlim dəyişikliyinin dünyanı məhv edəcəyini iddia ediblər.
Tramp bildirib ki, əvvəlki “fırıldaq” nəticə verməyib və indi eyni insanların növbəti mövzuya keçdiyini düşünür. O, bu şəxsləri “pis və şər məqsəd uğrunda mübarizə aparan inqilabçılar” adlandırıb.
ABŞ Prezidenti həmçinin iddia edib ki, yaxın zamanda bu insanların ABŞ-nin maraqlarını müdafiə etməyən qüvvələrlə əlaqəsinin olduğu məlum olacaq.
Kübra Musayeva