15 Sentyabr – Bilik Günü qeyd olunur

15 Sentyabr – Bilik Günü qeyd olunur
15.09.2026 01:37 Elm və Təhsil

15 sentyabr Azərbaycanda yeni tədris ilinin başladığı və Bilik Günü kimi qeyd olunan əlamətdar tarixdir.

TodayPress TV xəbər verir ki, bu gün məktəblərdə dərs ilinə start verilir, şagirdlər və müəllimlər yeni tədris ilinə qədəm qoyurlar. Xüsusilə birinci sinfə başlayan uşaqlar üçün 15 sentyabr məktəb həyatının ilk və yaddaqalan günlərindən biridir.

Bilik Günü həm də təhsilin və savadın cəmiyyətin inkişafındakı əhəmiyyətini bir daha xatırladır. Yeni tədris ilində bütün şagird və tələbələrə uğurlar arzulayırıq.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 SENTYABR 2026
Bütün Xəbərlər