Pekinin səması dronlara bağlanır – Paytaxtda sərt QADAĞA

Pekinin səması dronlara bağlanır – Paytaxtda sərt QADAĞA
14.09.2026 22:49 Dünya

Pekin administrasiyası noyabrın 15-dən etibarən şəhərin bütün ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istifadəsini, saxlanılmasını və onlara sahib olmağı qadağan edəcək.

TodayPress TV xəbər verir ki, Bu barədə “China Daily” məlumat yayıb.

Qərara əsasən, Pekinin bütün inzibati ərazisi PUA-lar üçün nəzarət olunan hava məkanı elan ediləcək.

Yeni qaydalar çərçivəsində fiziki və hüquqi şəxslərə dronların və onların komponentlərinin paytaxta gətirilməsi və daşınması da qadağan olunacaq.

Bundan əlavə, qanunvericiliklə ayrıca nəzərdə tutulmadığı halda, şəhər ərazisində PUA-ların uçuşlarına icazə verilməyəcək.

Qadağadan terrorla mübarizə, asayişin qorunması, fövqəladə xilasetmə və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə məşğul olan qurumlar istisna təşkil edəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər