Tramp qiymətlərin artmasında günahkarı tapdı
"Ümid edirəm, hər kəs başa düşür ki, bütün Amerika üzrə qiymət artımına Tramp yox, "Yuxulu Co Bayden" və Bayden administrasiyası səbəb olub".
TodayPress TV xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp bildirib.
Liderin sözlərinə görə, sabiq Prezident Cozef Baydenin dövründə neft qiymətləri indikindən daha yüksək idi, lakin Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyib.
"Neft qiymətlərindəki müvəqqəti artım istisna olmaqla, qiymətlər kəskin şəkildə aşağı düşür, İranla hərbi münaqişə başa çatan kimi isə neft daş kimi ucuzlaşacaq, bu isə tezliklə baş verəcək", - deyə prezident əlavə edib.
Aysel Mətləb