Rusiya Arktikada sovet bazalarını dirildir: Avropa hərəkətə keçir

    Rusiya Arktikada sovet bazalarını dirildir: Avropa hərəkətə keçir
15.09.2026 02:00 Dünya

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Arktikada sovet dövründən qalma hərbi bazalarını bərpa etdiyini və bölgədə raket sınaqları keçirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Kallasın sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində Arktikada yeni dəniz marşrutlarının açılması region uğrunda rəqabəti daha da gücləndirir. Bu səbəbdən Avropa İttifaqı Arktikada yaranan təhlükəsizlik çağırışlarına cavab olaraq yeni müdafiə strategiyası hazırlayır.

Kallas həmçinin Rusiyanın “kölgə donanması”nı Avropa sularında “ekoloji saatlı bomba” adlandırıb. Onun sözlərinə görə, həmin gəmilər həm ekoloji risk yaradır, həm də Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə kömək edir.

Avropa İttifaqının yeni müdafiə strategiyasının oktyabr ayında təqdim olunması planlaşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 SENTYABR 2026
Bütün Xəbərlər