Sudanda köçkünləri daşıyan avtomobilə PUA hücumu
Sudanda köçkün ailələrini daşıyan avtomobilə pilotsuz təyyarənin zərbəsi nəticəsində azı 24 nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, hücum Şimali Kordofan əyalətindəki Ər-Rəhad şəhəri yaxınlığında Çevik Reaksiya Qüvvələri (ÇRQ) tərəfindən həyata keçirilib.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla ÇRQ-nin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır.