SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI

SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI
20.06.2026 17:20 Dünya

İran İsrailin Livandakı hava hücumlarına cavab olaraq Hörmüz boğazını yenidən bağlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild”məlumat yayıb.

Bildirilib ki, Hörmüz boğazında xəbərdarlıq atəşi açılıb və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərin boğazdan uzaq durması üçün radio çağırışı edib.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu gün İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus 80-dən çox hədəfə zərbələr endirib.

Xatırladaq ki, ABŞ və İran arasında əldə olunan razılaşmaya əsasən, iyunun 15-dən etibarən Hörmüz boğazından gəmilərin keçidi bərpa olunmuşdu. Bundan əlavə, Anlaşma Memorandumunda Livanda əməliyyatların dərhal dayandırılması müddəası da öz əksini tapıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər