Slovakiya Aİ-ni hədələdi
Slovakiya Baş naziri Robert Fitso Aİ-nin Rusiyaya qarşı hazırladığı növbəti sanksiyalar paketinə veto qoymaqla hədələyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.
Fitso bəyan edib ki, Slovakiya Rusiya nefti, qazı və nüvə yanacağının tamamilə kəsilməsi halında dərin enerji böhranı ilə üzləşə bilər və bu riskin aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir.
Qiymət Mahir