Sin Pi Hindistanda özündən getdi, təcili Çinə apardılar - KİV
Çin lideri Si Cinpinin Hindistanda keçirilən BRICS sammiti zamanı huşunu itirdiyi və səhhətində ciddi problem yarandığı barədə məlumatlar yayılıb.
TodayPress TV xəbər verir ki, yayılan insayder iddialarına görə, Si Cinpin sammit zamanı onu müşayiət edən tibb heyəti tərəfindən təcili tibbi yardım alıb.
Bundan sonra onun Hindistana səfərini vaxtından əvvəl başa vuraraq xüsusi təyyarə ilə Çinə qayıtdığı bildirilir.
İddialara əsasən, təyyarə Pekinə endikdən sonra Si Cinpin üçün rəsmi qarşılama mərasimi keçirilməyib və çoxsaylı dövlət rəsmilərinin iştirakı təmin olunmayıb. Onun əvəzinə hərbi helikopterlə Pekindəki 301 saylı xəstəxanaya aparıldığı iddia edilir.
Yayılan məlumatlarda Si Cinpinə ağır işemik insult, yəni beyində qan dövranının kəskin pozulması diaqnozu qoyulduğu da iddia olunur.
Bəzi iddialara görə, Çin lideri Hindistanda müalicə almaqdan imtina edib və səhhəti ilə bağlı məlumatların Hindistan tərəfinə məlum olmasını istəməyib. Bu səbəbdən onun xüsusi təyyarə ilə Pekinə qayıtdığı bildirilir.
Həmçinin bildirilir ki, uçuş zamanı cərrahi müdaxilə üçün şərait olmadığından tibb heyəti yalnız konservativ müalicə tətbiq edib və bunun nəticəsində təcili müdaxilə üçün nəzərdə tutulan vaxtın itirildiyi söylənilir.
Si Cinpinin Pekindəki 301 saylı xəstəxanada əməliyyat olunacağı təqdirdə ağır fəsadlarla üzləşə biləcəyi də qeyd edilir.
Bundan başqa, Pekinin Çin liderinin sentyabrın sonlarında ABŞ-yə planlaşdırılan səfərindən əvvəl səhhətinin bərpa olunacağına əmin olmadığı və səfərin ləğv edilib-edilməyəcəyinin hələlik məlum olmadığı iddia edilir.
Qeyd edək ki, məlumat rəsmi təəsdiqini tapmayıb.
Jalə Rövşən