Şimali Kiprdə 300-ə yaxın sərnişinin olduğu gəmi batdı - VİDEO
Kiprin şimalındakı Kiriniya sahillərində 279 nəfərin olduğu sərnişin gəmisi batır.
TodayPress TV xəbər verir ki, məlumata görə, “Filo Jet” şirkətinə məxsus sərnişin ekspressi Kiriniya limanından yola çıxdıqdan qısa müddət sonra çevrilib. Hadisə sahildən təxminən 2-3 kilometr aralıda baş verib.
Sərnişinlərin batan gəmidə qalaraq xilas edilmələrini gözlədiyi bildirilir. Hadisə yerinə sahil mühafizəsinin qayıqları, mülki gəmilər və özəl şirkətlərə məxsus katerlər göndərilib.
Sahildə isə mümkün yaralılara tibbi yardım göstərmək üçün təcili tibbi yardım maşınları hazır vəziyyətə gətirilib.
Kübra Musayeva