Səudiyyəyə zərbə kimin işi idi? SİRR açılmır
İraq Səudiyyə Ərəbistanına endirilən zərbə ilə bağlı araşdırmanı davam etdirir.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
İraqın baş naziri Məhəmməd Şia əs-Sudani bildirib ki, hadisənin kim tərəfindən törədildiyi ilə bağlı hələlik yekun nəticə yoxdur.
Onun sözlərinə görə, İraq və İran arasında yaradılan birgə komissiya məsələni araşdırır və hazırda əldə olunan nəticələr təhlil edilir.
Baş nazir qeyd edib ki, etibarlı məlumatlar əldə edilmədən hadisə ilə bağlı vaxtından əvvəl nəticə çıxarmaq istəmirlər. Araşdırmanın nəticələri hazır olduqdan sonra İran tərəfi ilə birlikdə ictimaiyyətə açıqlanacaq.
Əs-Sudani həmçinin İraqın neft ixracı marşrutlarını şaxələndirməyi planlaşdırdığını deyib. O bildirib ki, ölkə uzun müddət ixrac üçün əsasən bir marşrutdan asılı olub. Yeni plan çərçivəsində neftin bir hissəsinin Türkiyə, bir hissəsinin Suriya üzərindən, digər hissəsinin isə Aralıq dənizi vasitəsilə ixracı nəzərdə tutulur.
Baş nazir əlavə edib ki, İraq Avropa və ABŞ bazarlarına neft satışını artırmaq niyyətindədir.
O, həmçinin Almaniya şirkətlərinin İraqda fəaliyyət göstərməsinə xüsusi marağın olduğunu vurğulayıb.
Kübra Musayeva