Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki…

Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki…
31.07.2026 19:10 Dünya

Qazaxıstanın Kassasiya Məhkəməsi sərxoş vəziyyətdə avtomobil idarə etməsi və narkotik vasitələrdən istifadə də daxil olmaqla bir neçə inzibati qayda pozuntusunda təqsirləndirilən Azərbaycan vətəndaşının ölkədən çıxarılması barədə qərarı ləğv edib.

TodayPress TV xəbər verir ki, məhkəmə işə baxarkən şəxsin Qazaxıstanda yaşayış icazəsinin olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması, vergi ödəməsi, investisiya layihəsi həyata keçirməsi, eləcə də Azərbaycanın Baş Konsulluğunun müraciətini nəzərə alıb.

Bundan başqa, bildirilib ki, həmin şəxsin dövlət qarşısında 2030-cu ilədək ödəməli olduğu torpaq sahəsinə görə öhdəliyi var. Borcun ümumi məbləği 14 milyon tenge (təxminən 50 min manat) təşkil edir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər