SEPAH İranın müdafiə nazirinin öldüyünü təsdiqlədi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin müdafiə naziri, general-leytenant Əziz Nəsirzadənin ABŞ və İsrailin zərbələri nəticəsində öldüyünü təsdiqləyib.
Todaypress TV xəbər verir ki, İran dövlət mediasının yaydığı bəyanatda bildirilir: “Bu görkəmli müdafiə xadiminin şəhid olması silahlı qüvvələr və İran xalqı üçün ağır itkidir”.
Bəyanatda qeyd olunub ki, Nəsirzadənin ölümü milli birliyi daha da gücləndirəcək, genişmiqyaslı müdafiə proqramlarının icrasını sürətləndirəcək və ölkənin ali milli maraqlarının qorunması istiqamətində strateji iradəsini dərinləşdirəcək.