SEPAH ABŞ-nin Küveytdəki hərbi bazasına hücum etdi – Hədəfdə “Patriot” sistemləri
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdə yerləşən “Əli əs-Saləm” hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, SEPAH-ın PUA-ları bazadakı “Patriot” hava hücumundan müdafiə sistemlərini, eləcə də raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularını hədəfə alıb.
Bundan əvvəl Küveyt ordusu hava hücumundan müdafiə qüvvələrinin düşmənə məxsus PUA-ların kütləvi hücumunu dəf etdiyini bildirmişdi.
Ordunun bəyanatında qeyd olunub ki, eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin hücumları zərərsizləşdirməsi ilə bağlıdır.
Hələlik hücumun nəticələri və hərbi bazaya dəymiş mümkün ziyan barədə ətraflı məlumat açıqlanmayıb.
Türkan İsgəndərli