Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi

Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi
19.06.2026 22:41 Dünya

İrəvanın sabiq meri Hayk Marutyanın rəhbərlik etdiyi “Yeni Qüvvə” partiyası parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib.

TodayPress TV xəbər verir ki, partiyanın nümayəndəsi Akop Karapetyan bildirib ki, hakimiyyətin legitimliyi ilə bağlı ciddi şübhələr mövcuddur. Onun sözlərinə görə, seçki prosesində inzibati resurslardan geniş istifadə olunması da daxil olmaqla bir sıra pozuntular qeydə alınıb.

Daha əvvəl “Güclü Ermənistan”, “Ermənistan”, “Çiçəklənən Ermənistan” və “Birlik Qanadları” siyasi birlikləri də oxşar iddia qaldırıblar.

Ermənistan qanunvericiliyinə əsasən, Konstitusiya Məhkəməsi bu müraciətlə bağlı 15 gün ərzində qərar verməlidir. Müraciətlər rədd edilərsə, Mərkəzi Seçki Komissiyası mandatların bölüşdürülməsi prosesinə başlayacaq.

Xanım Musayeva

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər