Sanksiyaları yumşaltdılar, Rusiya 12 nəfəri öldürdü - Zelenski

Sanksiyaları yumşaltdılar, Rusiya 12 nəfəri öldürdü - Zelenski
10.10.2026 15:25 Dünya

Ukraynanın Zaporojye şəhərində yaşayış evlərinə endirilən zərbələr nəticəsində azı 12 nəfər ölüb. Ölənlər arasında üç uşaq da var.

TodayPress TV xəbər verir ki,  Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində daha 14 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Hücum zamanı ərazidə ola biləcəyi ehtimal edilən daha 12 nəfər barədə məlumat dəqiqləşdirilir.

Zelenski bildirib ki, gecə ərzində Ukraynanın 13 vilayəti hücuma məruz qalıb. Zərbələr nəticəsində yaşayış evlərinə, infrastruktura və dəmir yoluna ziyan dəyib.

Ukrayna Prezidenti Rusiyanın dizel yanacağının ixracına tətbiq edilən sanksiyaların yumşaldılmasına cavab olaraq Zaporojyeyə zərbə endirdiyini iddia edib. O vurğulayıb ki, Rusiyaya təzyiqin azaldılması Moskva tərəfindən müharibəni davam etdirməyə imkan verən siqnal kimi qəbul olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər