“Üçümüz qərar verməliyik” - Lukaşenko Rusiya və Ukraynaya səsləndi

“Üçümüz qərar verməliyik” - Lukaşenko Rusiya və Ukraynaya səsləndi
24.11.2026 22:00 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya, Ukrayna və Belarus arasında müharibənin dayandırılması və gələcək münasibətlərin müəyyənləşdirilməsi ilə bağlı çağırış edib.

TodayPress TV xəbər verir ki, Lukaşenko Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, üç ölkə öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməlidir.

“Ukraynada müharibə gedir, onu dayandırmaq lazımdır. Biz razılığa gələ bilərik. Onsuz da gələcəyimizin necə olacağını üçümüz birlikdə müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Əsas olan da budur”, – deyə o vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər