Rutte ABŞ-Rusiya dialoqunun başlanmasını vacib hesab edir

Rutte ABŞ-Rusiya dialoqunun başlanmasını vacib hesab edir
12.06.2025 18:18 Dünya

NATO-nun Baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna mövzusunda birbaşa dialoqa başlamasını vacib hesab etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

O bildirib ki, Tramp status-kvonu dəyişərək Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlayıb və bunu yüksək qiymətləndirir.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli istiqamətində addım-addım yanaşma tətbiq olunacaq. Eyni zamanda, Rutte danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiyə “tarixçi” deyərək, onun minilliklər əvvələ gedən tarixi məsələləri müzakirəyə gətirməsinin nəticə əldə etməyə kömək etmədiyini bildirib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər