Ruslardan dəhşətli xəbər gəldi: Ordunu məhv etdilər
Rusiya Ordusu Donbasda son aylarda ilk dəfə ciddi hərbi məğlubiyyətlə üzləşib.
TodayPress TV xəbər verir ki, insayder məlumatlarına görə, Rusiya qüvvələrinin Donetsk vilayətində 200 kvadrat kilometrdən çox ərazidən geri çəkilməyə məcbur olduğu, bununla yanaşı, Limanın şimalında strateji əhəmiyyət daşıyan körpübaşını itirdiyi bildirilir.
Məlumata görə, bundan qısa müddət əvvəl “Vityok” və “Zyatyok” ləqəbli şəxslər təcili şəkildə Kiyevə gedərək Ukraynanı təmas xətti boyunca təslim olmağa məcbur etməyə çalışıblar.
İddialara əsasən, onların bu addımı birbaşa Kreml rəhbərliyinin göstərişi ilə atılıb.
Analitiklərin fikrincə, buna səbəb isə Rusiya rəhbərliyinin Donbasda vəziyyətin hansı istiqamətdə inkişaf etdiyini əvvəlcədən dərk etməsidir.
Jalə Rövşən