Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi

Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi
19.06.2026 23:20 Dünya

Bir qrup ABŞ senatoru Rusiyanın xaricdə bloklanmış aktivlərinin vəsaitlərindən istifadə etməklə Ukrayna üçün silahların alınmasını nəzərdə tutan qanun layihəsini konqresin yuxarı palatasının müzakirəsinə təqdim edib.

TodayPress TV xəbər verir ki, sənəd Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin və digər suveren aktivlərinin bu məqsədlərə yönəldilməsini nəzərdə tutur.

Hərbi təchizat və döyüşə hazırlığın qorunması üçün müsadirə edilmiş əmlak haqqında qanun layihəsinin təşəbbüskarları qismində Demokratlar Partiyasının nümayəndələri - Tim Keyn (Virciniya), Kris Kuns (Delaver) və Şeldon Uaythaus (Rod-Aylend), eləcə də respublikaçılar - Con Kornin (Texas), Rocer Uiker (Missisipi) və Çak Qrasli (Ayova) çıxış ediblər.

Bununla yanaşı, "The War Zone" nəşri yazıb ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Pentaqondan Ukraynaya əlavə "Patriot" ("PAC-3") zenit raketlərinin tədarükü imkanı barədə məlumat istəyib.

Bildirilib ki, komitə Müdafiə Nazirliyinə 2026-cı il oktyabrın 1-dən gec olmayaraq "PAC-3" raket əleyhinə vasitələrin mövcud ehtiyatları, onların Ukraynaya tədarükü imkanları, həmçinin belə tədarüklərin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına və müttəfiqlərin sifarişlərinin icrasına təsiri ilə bağlı qiymətləndirmənin olduğu hesabat təqdim etməyi tapşırıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər