Rusiyanın Almaniyadakı “son qalası” da bağlandı

Rusiyanın Almaniyadakı “son qalası” da bağlandı
15.09.2026 18:52 Dünya

Rusiyanın Almaniya ərazisində fəaliyyət göstərən sonuncu baş konsulluğunun bağlanması mərasimi Bonn şəhərində keçirilib.

TodayPress TV  xəbər verir ki, bu barədə "TASS"ın müxbiri məlumat verib.

Tədbirdə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev, Rusiyanın Bonndakı Baş konsulu Oleq Krasnitski, Rusiya səfirliyinin və Bonndakı baş konsulluğun əməkdaşları, Almaniyada yaşayan Rusiya vətəndaşları, Rus Pravoslav Kilsəsinin nümayəndələri, eləcə də Almaniya ictimaiyyətinin nümayəndələri və tədbirə biganə qalmayan yerli sakinlər iştirak ediblər.

Mərasimdə Rusiyanın Bonndakı baş konsulu Oleq Krasnitski çıxış edib. O, nümayəndəliyin kollektivinə və yerli tərəfdaşlara uzun illər ərzində səmərəli əməkdaşlığa görə dərin minnətdarlığını bildirib.

Daha sonra Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev tədbir iştirakçılarına müraciət edib:

“Biz Reyn çayının sahilindəki diplomatik fəaliyyətimizi başa çatdırırıq”.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər