Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO

Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO
05.08.2026 08:32 Dünya

Ukrayna dronları avqustun 5-nə keçən gecə Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən "Wildberries" logistika mərkəzinə hücum edib. Hücumdan sonra obyektdə yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Vot Tak" nəşri məlumat yayıb.

Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, gecə ərzində bölgə üzərində 107 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib. Onun sözlərinə görə, "Wildberries" çeşidləmə mərkəzində baş verən yanğın zamanı bir nəfər xəsarət alıb, hadisə yerində fövqəladə xidmətlər işləyir.

Qubernator əlavə edib ki, Venevski rayonunda iki yaşayış binası, Novomoskovsk və Uzlovski rayonlarında isə iki istehsal müəssisəsi də zərər görüb. Həmin obyektlərin adı açıqlanmayıb.

Rusiya və Ukrayna mənbələrinin yaydığı görüntülərdə logistika mərkəzinin böyük hissəsini əhatə edən yanğın və ərazi üzərində qalın tüstü müşahidə olunur. Obyektə dəyən ziyanın həcmi hələ rəsmi şəkildə açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO — 1
Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO — 2
Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO — 3
Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO — 4
XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər